İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, sionist rejimin Suriyanın müxtəlif bölgələrinə, xüsusilə də Dəməşqə qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi hücumları sərt şəkildə qınayıb.
arannews:irna-Bəqayi çıxışında bildirib ki, İsrailin hava hücumlarının intensivləşməsi, Suriyada ictimai və dövlət obyektlərinin hədəf alınması, bu ölkənin böyük ərazilərinin hələ də işğal altında qalması ilə eyni vaxtda baş verir. O, vurğulayıb:
“Bu gün aydın şəkildə görünür ki, sionist rejim regionda sülh və sabitlik üçün ən böyük təhlükədir. Bu rejim, ABŞ və bəzi qərb ölkələrinin, o cümlədən Almaniya, Britaniya və Fransanın hərbi və siyasi dəstəyi ilə, beynəlxalq sülh və təhlükəsizliyi misli görünməmiş şəkildə təhdid edir.”