Prezident Dr. Məsud Pezeşkian Ermənistanın baş naziri ilə telefon danışığında bəyan edib: Biz beynəlxalq qanunlara sadiqik, lakin İran xalqının hüquqlarından məhrum edilməyə və zorakılığa boyun əyməyəcəyik.
arannews:irna-O, İranın nüvə proqramının tamamilə sülhməramlı xarakter daşıdığını vurğulayaraq əlavə edib: İran Atom Enerjisi Agentliyinin nəzarəti altında dəfələrlə nüvə fəaliyyətlərinin sülhməramlı olduğunu sübut edib və İslam İnqilabının Ali Rəhbərinin fətvasına əsasən nüvə silahının istehsalının haram olduğunu bəyan edib. Buna baxmayaraq, ölkəmizin nüvə proqramı barədə hökm və qərarlar yalan iddialara, saxta məlumatlara və media təbliğatına əsaslanır.