Tarix : 2025 Jul 23
Kod 65501

Pezeşkiyan: Qərbin iddia etdiyi insan haqları yalandan başqa bir şey deyil

Prezident Qərbin və beynəlxalq təşkilatların iddia etdiyi insan haqlarının yalandan başqa bir şey olmadığını bildirərək dedi: "İndiki sivil dünyada hər kəsin gözü qarşısında kasıbların, qadınların və uşaqların suyunu, yeməyini kəsir, soyqırım törədirlər. Sonra insan haqlarından dəm vururlar, halbuki onlar özləri bütün beynəlxalq standartları və insan hüquqlarını pozur və dünyanın hər yerində, Qəzza və Fələstindən tutmuş Livan, Suriya və İrana kimi insanlığa qarşı cinayətlər törədirlər.
arannews:irna-Məsud Pezeşkiyan çərşənbə axşamı, iyulun 22-də Tehranın Vəhdət Sarayında keçirilən 12 günlük sionist rejim və ABŞ-a qarşı müqəddəs müdafiədə mədəniyyət, incəsənət və media şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdə çıxışı zamanı vurğuladı: Sionist rejim və ABŞ yalandan başqa bir şey olmayan "İranda atom bombası hazırlandığını" iddia edərək xəstəxanalarımıza və yaşayış evlərimizə hücum edərək qadınları, uşaqları və müdafiəsiz mülki insanları hədəfə aldılar.


Düşmənlərin İranın qüdrətli və müstəqil olmasını istəmədiklərini vurğulayan Pezeşkiyan bildirib: İran xalqı güc və təcavüz qarşısında bundan öncə əyilmədiyi kimi bundan sonra da əyilməyəcək və biz bu sadiq və fədakar insanlara minnətdarıq.

Pezeşkian bildirib ki, bu gün qəsbkar sionist rejim region ölkələrinə təcavüz edir, terror aktları törədir və beynəlxalq qanunları heç bir məhdudiyyət olmadan pozur. Avropalı siyasətçilər bu vəhşilikləri və cinayətləri görə-görə necə haqq qazandırırlar? Bütün bunlardan sonra yenə demokratiya və insan haqlarından danışırlar? Bu iddialara inanmaq olarmı?

  • Yazılıb
  • da (də) 2025 Jul 23
  • Göndərən رضا رستمی