İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf bazar ertəsi, avqustun 5-də keçirilən açıq parlament iclasında çıxışı zamanı, İran xalqının son 40 gündə nümayiş etdirdiyi misilsiz birliyini vurğulayaraq bildirib: İran xalqı sionist düşmənin üzünə ən sərt şilləni vurdu. İndi isə düşmən iqtisadi müharibə və psixoloji təzyiqlərlə bu qürurlu və məzlum xalqdan intiqam almaq istəyir.
arannews:irna-Qalibaf çıxışında 12 günlük təcavüzkar müharibə zamanı şəhid olmuş həmvətənlərə, igid komandirlərə və alimlərə görə başsağlığı verərək əlavə edib: Sionist cinayətkar dəstəsi bir daha göstərdi ki, terror onların ayrılmaz xüsusiyyətidir və bu rejim üçün hərbi və mülki, qoca və uşaq, qadın və kişi arasında fərq yoxdur.
O, vurğulayıb ki, İran xalqının birliyi və müqaviməti sionist rejimin məkrli planlarını alt-üst edib, lakin düşmən bu məğlubiyyətin əvəzini xalqın iqtisadi rifahı və mənəvi durumunu hədəf alaraq çıxarmağa çalışır.