Tarix : 2025 Jul 31
Kod 65508

Qəzzada insan haqlarının pozulması və təcavüz beynəlxalq toplantıların gündəliyinə salınmalıdır

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf Parlamentlərarası İttifaqın (IPU) sədri ilə görüşündə bildirib: Beynəlxalq toplantılarda insan haqlarının pozulması ilə bağlı məsələlərə ciddi diqqət yetirilməsi gözlənilir.
arannews:irna-O deyib: Bu gün Qəzzada baş verən hadisələr göz önündədir. Təəssüf ki, sionistlər uşaqları, yaşayış olmayan əraziləri və hətta Qırmızı Xaç düşərgəsini belə hədəfə alırlar. Onlar su və qidadan müharibə aləti kimi istifadə edirlər.


Qalibaf əlavə edib: Enerji, kənd təsərrüfatı, texnologiya, elm və ali təhsil sahələri ikitərəfli əlaqələrin inkişafı üçün yaxşı potensiala malikdir. Bu istiqamətdə yaxşı anlaşmalar əldə olunub və biz onların icrasına hazırıq.

  • Yazılıb
  • da (də) 2025 Jul 31
  • Göndərən رضا رستمی