Silahlı Qüvvələrə Dəstək və Müdafiə naziri general Nəsirzadə İran və Pakistanın beynəlxalq arenada bir-birini dəstəkləməkdə həmrəy olduqlarına əminliyini ifadə edərək bildirib: Ortaq imkanlar və təhdidlər iki ölkə arasında daha sıx əməkdaşlığı zəruri edir.
arannews:irna-Onun sözlərinə görə, iki ölkə beynəlxalq səviyyədə bir-birini dəstəkləmək və müdafiə etmək baxımından çox əlverişli mövqelərə malikdir. Nazir əlavə edib: İki ölkə arasında mədəni, tarixi, dini ortaq dəyərlərlə yanaşı, eyni təhdidlər də mövcuddur. Bütün bu ortaq zəminlər qarşılıqlı münasibətlərin inkişafına şərait yaradıb.