Tarix : 2025 Aug 06
Kod 65518

İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycandakı iranlı məhbusların vəziyyəti ilə bağlı sualı cavablandırıb

Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikasının İran vətəndaşlarına qarşı rəftarı barədə suala cavab olaraq deyib: Biz öz etirazımızı və narahatlığımızı həm Bakıda, həm də Tehranda Azərbaycan Respublikasının müvafiq orqanlarına çoxsaylı notalarla bildirmişik. Konsulluq idarəmiz də bu məsələni ciddi şəkildə izləyir.
arannews:parstoday- Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün - 4 avqust bazar ertəsi jurnalistlərlə keçirdiyi mətbuat konfransında diplomatik xidmətin ötən həftənin ən mühüm nəzərlərini və hadisələrini dilə gətirib.Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikasının İran vətəndaşlarına münasibəti ilə bağlı suala cavab olaraq deyib: Bu, çox mühüm məsələdir. Azərbaycan Respublikasının təcridxanalarında və həbsxanalarında saxlanılan və həbsdə olan İran vətəndaşlarına qarşı pis rəftarla bağlı çoxsaylı xəbərlər və hesabatlar almışıq. Bu yaxınlarda baş verən hadisə həqiqətən şok effekti yaratdı. Biz öz etirazımızı və narahatlığımızı həm Bakıda, həm də Tehranda Azərbaycan Respublikasının müvafiq orqanlarına çoxsaylı notalarla bildirmişik. Konsulluq idarəmiz də bu məsələni ciddi şəkildə izləyir.Bəqayi sözlərinə belə davam edib: "Bizim Azərbaycan Respublikasından gözləntimiz məhbus İran vətəndaşlarına qarşı uyğun və insan hüquqları əsasında rəftardır ki, bu da tamamilə haqlı və məntiqli bir gözləntidir. Konsulluq Hüquqları Konvensiyası da bu baxımdan çox aydın və açıqdır. Təəssüf ki, bəzi hallarda bizim vətəndaşlarımızın həbsindən hətta iki-üç il keçməsinə baxmayaraq, hələ də onlarla konsultasiya həyata keçirə bilməmişik. Bundan əlavə, bizim Azərbaycan Respublikası ilə məhkumların təhvil verilməsinə dair sazişimiz var ki, bu müqavilə əsasında çoxlu məhkumları İrana köçürə və bununla da bu problemlərin həllinə kömək edə bilərik.
 
  • Yazılıb
  • da (də) 2025 Aug 06
  • Göndərən رضا رستمی