Həzrət Ayətullah Xamenei fərman verərək, Əli Laricanini İranın Ali Təhlükəsizlik Şurasında rəhbərin nümayəndəsi təyin edib.
arannews:irna-İnqilab Rəhbərinin fərmanının tam mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Cənab doktor Əhmədianın dövlətin mühüm icra vəzifələrinə təyin olunmasını nəzərə alaraq, cənab doktor Əli Laricanini İran İslam Respublikası Konstitusiyasının 176-cı maddəsinə əsasən, Ali Təhlükəsizlik Şurasında rəhbərin nümayəndəsi təyin edirəm.
Cənab Əhmədianın son illərdə bu məsuliyyətdə göstərdiyi səmərəli xidmətlərə görə təşəkkür edirəm. Hamınıza Allah-Taaladan uğurlar diləyirəm.
Ayətullah Seyid Əli Xamenei
7 avqust 2025