Tarix : 2025 Aug 07
Kod 65520

Əli Laricani Ali Təhlükəsizlik Şurasında Rəhbərin nümayəndəsi təyin edildi

Həzrət Ayətullah Xamenei fərman verərək, Əli Laricanini İranın Ali Təhlükəsizlik Şurasında rəhbərin nümayəndəsi təyin edib.
arannews:irna-İnqilab Rəhbərinin fərmanının tam mətni belədir:


Bismillahir-Rəhmanir-Rəhim

Cənab doktor Əhmədianın dövlətin mühüm icra vəzifələrinə təyin olunmasını nəzərə alaraq, cənab doktor Əli Laricanini İran İslam Respublikası Konstitusiyasının 176-cı maddəsinə əsasən, Ali Təhlükəsizlik Şurasında rəhbərin nümayəndəsi təyin edirəm.

Cənab Əhmədianın son illərdə bu məsuliyyətdə göstərdiyi səmərəli xidmətlərə görə təşəkkür edirəm. Hamınıza Allah-Taaladan uğurlar diləyirəm.

Ayətullah Seyid Əli Xamenei
7 avqust 2025

  • Yazılıb
  • da (də) 2025 Aug 07
  • Göndərən رضا رستمی