Tarix : 2025 Aug 09
Kod 65522

Pezeşkian: Hamımız İranın ucalığı üçün ayaqdayıq

Prezident bildirib ki, medianın daxili birlik və həmrəyliyin qorunmasında rolu olduqca önəmlidir. On iki günlük müharibədə xalqımız müxtəlif geyim və görünüşlərlə küçələrə çıxaraq dirəniş göstərdi, ölkənin sütunu olan vilayət və rəhbərliyə dəstək verdi.
arannews:irna-Məsud Pezeşkian bu gün, şənbə – 9 avqust 2025-ci il, İran İslam Respublikası Xəbər Agentliyinə (İRNA) etdiyi səfər zamanı, redaksiya otağında çıxış edərək deyib:

İlk olaraq, müxtəlif şəbəkə və mövqelərdə çalışan bütün jurnalistləri "Jurnalistlər Günü" münasibətilə təbrik edirəm. Mənim həmişə inandığım və bir çox söhbət və çıxışlarımda vurğuladığım məsələ, ilk növbədə daxili birlik və həmrəylikdir. Heç bir cəmiyyət ixtilaf və çəkişmə olmadan, müxtəlif baxış və zövqləri qəbul etmədən, onların dinc şəkildə yanaşı yaşamasına imkan vermədən möhkəmlənə bilməz.

Prezident qeyd edib ki, son 12 günlük müharibə zamanı ölkə və cəmiyyətimizin birliyi və həmrəyliyinin düşmən hücumlarına qarşı necə güc, iman və yaşama eşqi yarada biləcəyi aydın oldu. Bu həmrəylik bir çoxları üçün təsəvvür edilməz idi, hətta düşmənlər belə xalqımızın bu şəkildə bir yerdə qala biləcəyinə inanmırdılar.

Prezident ümid etdiyini bildirib ki, daxili həmrəylik davamlı olmalıdır və eləcə əlavə edib:
İraqdan tutmuş Azərbaycan, Türkmənistan, Pakistan, Oman və Qətərə qədər qonşu ölkələrin İranla münasibətlərə göstərdiyi maraq nümunəvidir. Region ölkələrinin hamısı sionist rejimin ölkəmizə hücumunu pislədi; indiyə kimi misli görünməmiş bir şəkildə bütün ölkələr yekdilliklə sionist rejim və ABŞ-nin İrana təcavüzünü qınasın və onu qanunsuz adlandırsın.

Pezeşkian vurğuladı:
“Deməli, siyasətimiz qonşularımız, müsəlman qardaş və bacılarımızla birliyi qorumaq, ortaq dil və baxışa nail olmaq olmalıdır.”

  • Yazılıb
  • da (də) 2025 Aug 09
  • Göndərən رضا رستمی