Tarix : 2025 Aug 12
Kod 65529

Ordu Baş Komandanı: Cənubi Afrikanın sionist rejimi və ABŞ-ni qınama mövqeyi cəsarətlidir

Ordu Baş Komandanı bildirib ki, İran İslam Respublikasının xarici siyasətində Afrika qitəsi prioritet təşkil edir. O deyib: Cənubi Afrikanın sionist rejimi və ABŞ-ni qətiyyətlə qınaması cəsarətli və təqdirəlayiqdir.
arannews:irna-çərşənbə axşamı günü Ordu Baş Komandanı general-leytenant Əmir Hatəmi Cənubi Afrikanın Milli Müdafiə Qüvvələrinin komandiri Ordu Başçısı Rudzavni Mafvaniya ilə görüşdə iki ölkənin anti-kolonializm, anti-imperializm və ədalət yönümlü yanaşma əsasında, xüsusilə beynəlxalq arenada siyasi ortaq nöqtələrinin çox olduğunu vurğulayıb.

O bildirib ki, İran İslam Respublikası və Cənubi Afrika həmişə bir-birini və zülm görmüş xalqları dəstəkləyib və insan ləyaqəti və ədalət prinsiplərinə əsaslanan beynəlxalq nizamın bərpası yolu davam etməlidir.

Ordu Baş Komandanı sionist rejimin soyqırımı əleyhinə Cənubi Afrika hökumətinin cəsarətli mövqeyini və bu rejimə qarşı beynəlxalq məhkəməyə şikayət verməsini tarixə düşəcək cəsarətli addım kimi qiymətləndirib.

Əmir Hatəmi əlavə edib ki, İranın xarici siyasətində Afrika qitəsi xüsusi önəm daşıyır və iki ölkənin yaxın siyasi və beynəlxalq yanaşması səbəbindən Cənubi Afrika xüsusi mövqeyə malikdir.
  • Yazılıb
  • da (də) 2025 Aug 12
  • Göndərən رضا رستمی