Tarix : 2025 Aug 14
Kod 65532

Qalibaf: Apartheid rejiminin başçıları bir stəkan təmizlənmiş çirkab su ilə İran xalqını aldatmağa çalışırlar

İranın İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf, sionist rejimin baş nazirinin son iddialarına cavab olaraq “X” sosial şəbəkəsində paylaşım edərək, işğal altındakı ərazilərdə su qıtlığı və quraqlıq böhranına dair faktlar təqdim edib: XXI əsrin nasistləri Tehranın şimalında, Təcriş meydanında şəhərin əsas su arteriyasını raketlə vuraraq Tehranda su problemi yaratmaq istədilər.
arannews:irna-oğrularına çevriliblər və bir çox beynəlxalq təşkilatların etiraf etdiyi kimi, susuzluğu fələstinlilərə qarşı kütləvi qırğın silahına çeviriblər.


Bundan əlavə, son illərdə su qıtlığı səbəbindən işğal olunmuş torpaqlarda yerləşən bəzi kəndlərə həftədə cəmi 12 saat su verilirdi. Cari ildə isə minlərlə hektar əkin sahəsi, meyvə bağları və bəzi çaylar quruyub. Rejimin kənd təsərrüfatı nazirliyi isə su çatışmazlığı və zərərin ödənilməməsi səbəbindən bəzi kənd təsərrüfatı məhsullarının istehsalında onlarla faiz azalma olacağını proqnozlaşdırıb.

Elə bu ilin özündə də rejimin maliyyə naziri rəsmi olaraq quraqlıq rejimini elan edib, kənd təsərrüfatı torpaqlarının quruduğunu və məhsul istehsalının azaldığını açıqlayıb. O, su qıtlığını rejimin əsas problemi adlandırıb.

  • Yazılıb
  • da (də) 2025 Aug 14
  • Göndərən رضا رستمی