Cənubi Afrika Respublikasının Milli Müdafiə Qüvvələrinin Ali Komandanı ordu generalı Rudzani Mafuania İrana səfəri çərçivəsində İran Ordusunun Quru Qoşunlarına məxsus 65-ci Xüsusi Əməliyyat və Təcili Reaksiya Briqadasına baş çəkib.
arannews:irna-Baxış zamanı briqadanın hərbi hazırlığı və əməliyyat imkanları ilə tanış olan general Mafuania, Cənubi Afrikanın aparteid rejimi dövründə keçdiyi çətin təcrübələrə toxunaraq, sionist rejimin Fələstində törətdiyi zorakılıqları “müasir aparteid” adlandırıb.
O vurğulayıb ki, Cənubi Afrika hər zaman dünya məzlumlarının yanında yer alır və bu yolda İranla həmrəylik nümayiş etdirir.