İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Qəzzada soyqırımın dayandırılmasına yönəlmiş səylərlə bağlı bəyanatı
arannews:irna-
Bismillahir-Rəhmanir-Rəhim
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, 9 oktyabr 2025-ci il tarixində yayımlanmış bəyanatında Qəzzada həyata keçirilən soyqırımın dayandırılması ilə bağlı göstərilən mövqeyi xatırladaraq vurğulayıb: İran İslam Respublikası hər zaman soyqırım xarakterli müharibənin dayandırılması, işğalçı hərbi qüvvələrin çıxarılması, insani yardımların çatdırılması, fələstinli əsirlərin azad olunması və Fələstin xalqının fundamental hüquqlarının bərpasını təmin edən hər cür təşəbbüs və addımı dəstəkləyib.
Fələstin xalqının qanuni müqavimətini və öz müqəddəratını təyin etmə hüququnu dəstəkləyən İran İslam Respublikası, son iki il ərzində, xüsusilə region səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı, BMT və digər beynəlxalq diplomatik platformalarda sionist rejimə və onun himayədarlarına təzyiq göstərmək, Qəzzada soyqırımın dayandırılması və işğalçı qüvvələrin çıxarılması üçün bütün diplomatik imkanlarından istifadə edib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, müqavimət şəhidlərinin əziz xatirəsini ehtiramla yad edərək, beynəlxalq ictimaiyyətin işğalçı rejimin hüquq pozuntularına qarşı öhdəlik daşıdığını bir daha vurğulayır və bütün tərəfləri sionist rejimin hiylələri və öhdəlik pozmalarına qarşı ayıq və diqqətli olmağa çağırır.
Nazirlik bir daha qeyd edir ki, Qəzzada soyqırım və müharibə cinayətlərinin dayandırılması, dövlətlərin və beynəlxalq səlahiyyətli qurumların üzərinə düşən ümumi hüquqi, humanitar və əxlaqi məsuliyyəti aradan qaldırmır. Ədalətin təmin olunması, müharibə cinayətlərinin, soyqırımın və insanlığa qarşı cinayətlərin səbəbkar və icraçılarının müəyyən olunaraq məhkəmə qarşısına çıxarılması və sionist rejimin onilliklərdir davam edən cəzasızlığına son qoyulması beynəlxalq ictimaiyyətin birgə öhdəliyi olaraq qalır.