Tarix : 2025 Oct 11
Kod 65535

İran və Rusiya arasında kiçikölçülü reaktorların inkişafı ilə bağlı geniş danışıqlar aparılıb

Rusiya dövlət nüvə şirkəti “Rosatom”un beynəlxalq məsələlər üzrə müavini Nikolay Spasskiynin rəhbərlik etdiyi nümayəndə heyəti çərşənbə günü Tehrana səfər edib və İran Atom Enerjisi Təşkilatının rəsmiləri ilə müxtəlif nüvə sahələrində, o cümlədən kiçikölçülü reaktorların inkişafı və 1250 meqavat gücündə enerji reaktorlarının inşası ilə bağlı geniş danışıqlar aparıb.
arannews:irna-Səfər zamanı Spasskiy İran Prezidentinin müavini və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə də görüşüb və fikir mübadiləsi aparıb.

Tərəflər mövcud əməkdaşlıq prosesini nəzərdən keçirərək, birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin razılaşdırılıb ki, “Rosatom”un baş direktoru Aleksey Lixaçev yaxın gələcəkdə İrana səfər etsin və həm razılaşdırılmış mövzuları haqda, həm də Buşehr Atom Elektrik Stansiyasının 2-ci və 3-cü enerji bloklarının tikintisinin gedişatı ilə yerində tanış olsun.

  • Yazılıb
  • da (də) 2025 Oct 11
  • Göndərən رضا رستمی