Tarix : 2008 Aug 15
Kod 6572

RUSİYA TELEKANALLARI AZƏRBAYCANA SOXULDU

Telekanalda səhər saatlarına qədər rus ordusunun təbliğatına həsr olunan verilişlər yayımlanıb
Azərbaijan Servisi/Aran Agentliyi
İki gün öncədən başlayaraq, Rusiya telekanalları Azərbaycan ərazisində qeyri-qanuni yayıma başlayıblar. Bunu əməkdaşlarımızdan biri müşahidə edib. Belə ki, “Space” kanalarının yayımı dayanandan sonra Rusiyanın OTV kanalı bu tezliyə soxulub.
Telekanalda səhər saatlarına qədər rus ordusunun təbliğatına həsr olunan verilişlər yayımlanıb. Bundan başqa, bir müddət əvvəl Azərbaycanda yayımı dayandırılan RTRdə əvvəlki tezlikdə peyda olub. Həmin kanalların yayımı keyfiyyətsiz olsa da, verilişləri izləmək mümkün idi. OTV kanalında müharibəni, işğalı təbliğ edən film də nümayiş etdirilib.
Qeyd edək ki, Rusiyanın OTV kanalı xarici ölkələrdə peyk vasitəsi ilə yayımlanır. Bu baxımdan həmin kanalın Azərbaycanda adi tezlikdə yayımlanması təəccüblü görünürdü.
Srağagün isə Rusiyanın “Vesti” telekanalı da ölkə ərazisində yayımlanmağa başlayıb. Telekanalda Rusiyanın Gürcüstana qarşı keçirdiyi hərbi əməlliyyatlar haqda intensiv xəbərlər verilir, Kremlin planları haqda danışılır və Rusiyanın regionda hegemon dövlət olması haqda təbliğat aparılır.
Müşahidələrimiz zamanı bəlli oldu ki, adıçəkilən rus kanalları əsasən axşam və gecə saatlarında Azərbaycanın efir məkanında peyda olurlar.
Ötən gün apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, Rusiya Gürcüstanla müharibəyə başlayandan sonra bu dövlətin sərhədlərinə yaxın ərazidə yerləşən Azərbaycan rayonlarında bir neçə rus kanalının yayımına başlanılıb. Görünür, Rusiya bununla informasiya müharibəsində Gürcüstana qalib gəlməyə çalışır.
  • Yazılıb
  • da (də) 2008 Aug 15