Tarix : 2008 Aug 15
Kod 6575

Kondoliza Rays Tiflisdə

Rays hava limanından birbaşa Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşə yollanıb
Gürcüstan Servisi/Aran Agentliyi
“Rus ordusu Gürcüstandan dərhal çıxarılmalıdır”

ABŞ dövlət katibi Kondoliza Rays Parisdən Tiflisə gəlib. Lent.az-ın xəbərinə görə, K.Rays Tiflis hava limanında jurnalistlərə səfərinin məqsədini açıqlayıb.

Rays bildirib ki, Gürcüstanla Rusiya arasında avqustun 8-dən başlayan hərbi münaqişənin tezliklə nizamlanmasını istəyirlər. O, sülhün əldə olunması üçün rus ordusunun Gürcüstandan dərhal çıxarılmasının və atəşkəs elan olunmasının vacibliyini vurğulayıb: “Təklif olunan atəşkəs Gürcüstanı qoruyacaq”. Dövlət katibi Gürcüstanın istəmədiyi sazişin ABŞ tərəfindən dəstəklənməyəcəyini bildirib.
Rays hava limanından birbaşa Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşə yollanıb. Təkbətək görüşdən sonra onlar birgə mətbuat konfransı keçirəcək. Qeyd edək ki, Rays Parisdən Tiflisə Fransa və ABŞ tərəfindən hazırlanan sülh müqaviləsinin layihəsini gətirib.
  • Yazılıb
  • da (də) 2008 Aug 15