Tarix : 2008 Aug 15
Kod 6576

ƏHMƏDİNEJAD SOLTAN ƏHMƏD MƏSCİDİNDƏ

Əhmədinejadın təhlükəsizliyini təmin etmək üçün bütün ora gedən yolların da bağlandığı qeyd edilir
Turkyə Servisi/Aran Agentliyi
İran prezidenti Türkiyədədir.

İslam-Azeri-nin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə bu gün İran prezidenti Mahmud Əhmədinejad cümə namazı qılmaq üçün Soltan Əhməd məscidinə gedib.

Əhmədinejadın təhlükəsizliyini təmin etmək üçün bütün ora gedən yolların da bağlandığı qeyd edilir.

Bununla bağlı İran prezidentinə məlumat verdikdə:"Mən bilmədim və indi biləndə çox narahat oldum. Tehranda namaza gedəndə mənim üçün yolları bağlamırlar. Xalqın içində olsam yaxşı olardı"-deyə cavab verib.

Məscidin içərisinə hətta jurnalistlər belə video və ya foto aparatla buraxılmayıblar. Lakin telefon ilə çəkiliş etmək mümkün olduğundan bu kadrlar Türkiyə mətbuatında yayımlanıb.

Namazdan çıxan İran prezidentini gözləyən Türkiyə vətəndaşları onu gözəl şəkildə qarşılayıblar.

"Mücahid Əhmədinejad" qışqıran xalq kütlələri ara-sıra "Məhv olsun Amerika", "Məhv olsun İsrail" şüarları da deyiblər.

Türkiyə mətbuatı bu tarixi anları: "Ahmedinejad büyük ilgi gördü" və "İstanbul AhmedinejadI bağrına bastı" kimi dəyərləndirdi...
  • Yazılıb
  • da (də) 2008 Aug 15