Tarix : 2008 Aug 16
Kod 6578

AZƏRBAYCANLILAR VƏ RUSİYA-GÜRCÜSTAN MÜHARİBƏSİ

Marneuli şəhərindəki Azərbaycan mədəniyyət mərkəzinin nümayəndəsi Fazil Həsənovun Day.Az-a müsahibəsi
Azərbaijan Servisi/Aran Agentliyi

      - Marneuli Rusiya hava qüvvələrinin bombardımanına məruz qalan Gürcüstan şəhərlərindən biridir. Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında ölən varmı?

      - Müxtəlif mənbələrin verdiyi məlumata görə, bir neçə yaralanan var. Lakin onların dəqiq sayı məlum deyil. Dəqiq məlumat hələlik yoxdur və bu barədə hələlik heç kim məlumat verə bilmir. Hələlik dəqiqləşdirilməmiş məlumatlar çoxdur. Ancaq rus ordusunun ölkədən çıxarılması və ölkədə sabitlik yarandıqdan sonra dəqiq rəqəmlərdən danışmaq mümkün olacaq.
   

    - Belə ki, Dünya Azərbaycanlıların Konqresinin verdiyi məlumata görə ölənlər arasında azərbaycanlılar da var. Bu yoxllanılmamış məlumatdırmı?


      - Bizim azərbaycanlılar arasında ölənlərin olduğu haqda məlumatımız yoxdur. Məlum olduğu kimi, Marneulidə hərbi aerodrom yerləşir və onun ətrafında gürcü və azərbaycan kəndləri var. Müharibənin birinci günü şəhər beş dəfə bombardımana məruz qalıb. Dörd nəfər ölmüş, çox sayda yaralananlar olmuşdir. Lakin azərbaycanlılar arasında zərər çəkən olmayıb.

     - Yəgin ki, Marneuli və azərbaycanlıların sıx yaşadığı digər ərazilərdən bir çox qaçqın qonşu Azərbaycanadan sığanacaq alıblar?


     - Bəli, elədir ki, var. Bilirsinizmi, panika dəhşətli məsələdir. Məlum olduğu kimi, bombalar hərbi əsaslı strateji mühüm məntəqələrə atılıb. Bombardmana müxtəlif şəhərlər, o cümlədən, Poti terminalı, Türkiyə sərhədləri yaxınlığındakı ərazilər məruz qalmışdir. Cəmi bir neçə gün ərzində baş alan müharibə durumu əhalidə dərin təlaşa səbəb olmuşdur. Mən bütün gürcü vətəndaşlarından, o cümlədən azərbaycanlılardan danışıram. Əhalinin hadisələrin gedişi barədə düzgün informasiya əldə edə bilməməsi təşvişin daha da artmasına səbəb olurdu. Buna görə də insanlarda güclü panika yaranır və onlar müharibədən uzaq qaçmağa çalışırdılar. Marneuli əhalisi ətraf məntəqələrə, və o cümlədən Azərbaycana qaçmışlar.

     Lakin, son iki gün ərzində vəziyyət artıq stabilləşmişdir. Artıq Türkiyə və digər qonşu ölkələrdən humanitar yardımlar daxil olmaqdadır.

   

     - Azərbaycandan sığınacaq alan Gürcüstan azərbaycanlılarının sayı haqda məlumat varmı?


     - Bu da çətin sualdı, belə statistikanı hələlik açıqlamaq mümkün deyil. Bizdə olan məlumata görə Azərbaycana qaçan gürcülər azərbaycanlılara nisbətən daha çoxdur. Bu təbiidir, çaşqınlıqda olan insanlar yaxınlıqdakı təhlükəsiz ərazilərdə sığınmağa çalışır.

     -Gürcüstanda vəziyyət sabitləşdikdə onlar geri qayıdacaqlarmı?


     - Şübhəsiz, onlar həmişəlik getməyiblər. Vəziyyət normal hala gəlikdən sonra onlar doğma evlərinə qayıdacaq.

     Söhbət müharibənin yaratdığı çətilikdən qaçan insanlardan gedir. Və bu aydındır ki, daxil olan informasiyalar arasında şayiələr də az olmamışdır. Ermənistanın Gümrü şəhərindən qaldırılmış rus aviasiyasının Marneuliyə hücüm edəcəyi xəbəri insanlarda narahatlığı daha da artırıb. Məlumdur ki, yaxın rus bazası Ermənistanda yerləşir və insanlar başqa istiqamətdən hücum olunacağını gözləmirdi.

    Mən özüm iki gün qabaq Qoridə olmuşam, şəhərə bombaların atılmasını öz gözlərimlə görmüşəm. İki jurnalist, həkim həlak olmuşdu və belə hadisələr az olmamışdır.

     -İndi Marneulidə vəziyyət necədir?


     -Şəhərdə vəziyyət sakit, stabildir. Rus qoşunlarının komandanlığın Qoridəki rus əsgərlərinin gürcü polisi əvəz olunması barədə verdiyi məlumatdan sonra şəhərdə vəziyyət sakitləşib.

    Lakin bütünlüklə stabilləşmədən danışmaq hələ ki, tezdir. Bildiyiniz kimi məsələyə böyük dövlətlər qarışıb. 5 Şərqi Avropa dövlətinin prezididenti, Türkiyənin baş naziri, ABŞ-ın dövlət katibi, dünyanın böyük lider dövlətləri və beynəlxalq təşkilatlarının Gürcüstanın bütövlüyünə və sərhədlərini qorumasına dəstək verməsi əhalidə əminlik hissini artırıb.

    Humanitar yardımların daxil olması, insanların yaşayış rifahının bərpası bu əminliyi daha da artıracaq. Lakin dediyim kimi, tam stabilliyin bərpasından hələlik danışmaq tezdir. Dağıntıların aradan qaldırılması və əvvəlki vəziyyətin bərpası üçün vaxt lazımdır.

  • Yazılıb
  • da (də) 2008 Aug 16