Tarix : 2008 Aug 16
Kod 6579

RUSLAR QORİNİ TƏSLİM ETMİR

Rus əsgərləri Qorinin strateji nöqtələrində növbə çəkərkən Gürcüstan polis qüvvəsi şəhərin 15 km xaricində idarə nöqtəsi meydana gətirmiş vəziyyətdədir
Gürcüstan Servisi/Aran Agentliyi
Rusiya ilə Gürcüstan arasında əldə olunan atəşkəsə baxmayaraq Rus ordusu ələ keçərdiyi Qori şəhərini tərk etmir.

İslam-Azerinin HV-ya istinadlı xəbərinə görə,
Şəhərin girişində gözləyən Rus tankları maddi yardımdan başqa giriş və çıxışlara icazə vermir. Rus əsgərləri Qorinin strateji nöqtələrində növbə çəkərkən Gürcüstan polis qüvvəsi şəhərin 15 km xaricində idarə nöqtəsi meydana gətirmiş vəziyyətdədir. Qori yaxınından keçən Bakı - Tiflis quru yolunu da bağlayan Rus tankları, şübhəli gördükləri avtomobillərdə axtarış aparırlar.

İdarə nöqtəsində gözləyən Rus əsgərləri bu gün çox az sayda jurnalistin şəhərə girməsinə icazə verib.
Tək bir avtomobilə mindirilən jurnalistlərdən bəziləri tarazlıqlarını təmin edə bilməyərək yerə düşüb.
  • Yazılıb
  • da (də) 2008 Aug 16