Vaşinqtonun razılaşdırılmamış şəkildə boğazlardan gəmilərin keçməsinə göstəriş verməsi rəsmi Ankaranın narazılığına səbəb olub
Turkyə Servisi/Aran Agentliyi
Türkiyə ABŞ-ın Gürcüstana göndərdiyi gəmiləri Bosfor və Dardanel boğazlarından buraxmır. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Vaşinqtonun razılaşdırılmamış şəkildə boğazlardan gəmilərin keçməsinə göstəriş verməsi rəsmi Ankaranın narazılığına səbəb olub.
Xatırladaq ki, prezident Corc Buş hələ bir neçə gün öncə bəyanatla çıxış edərək ABŞ-ın Gürcüstana “enerjili və uzun müddətli” köməyə başladığını elan etmişdi. O, Gürcüstana humanitar yardım çatdırılması üçün ABŞ hərbi təyyarələrindən və hərbi-dəniz qüvvələrindən istifadə ediləcəyini vurğulayıb.
“Mcclatchy Newspapers” qəzet qrupu isə ABŞ administrasiyasının rəsmilərinə istinadən bildirir ki, Türkiyə ABŞ gəmilərinin Gürcüstana keçməsinə icazə verməyib.