Tarix : 2008 Aug 16
Kod 6582

GÜRCÜSTAN HƏLƏ Kİ, RUS ORDUSUNUN NƏZARƏTİNDƏDİR

Verilən xəbərə görə Qal rayonundan Rus ordusu 50 ədəd tank və müxtəlif ağır texnika Zuqdidi şəhərinə girib
Gürcüstan Servisi/Aran Agentliyi
Rus Ordusu Gürcüstandan hələ ki, çıxmaq istəmir.

İslam-Azeri-nin Gürcüstan KİV-lərinə istinadlı xəbərinə görə Rusiya Ordusu Gürcüstanın bir çox şəhər və kəndlərində öz mövqelərini qoruyub saxlayır.

Verilən xəbərə görə Qal rayonundan Rus ordusu 50 ədəd tank və müxtəlif ağır texnika Zuqdidi şəhərinə girib.

Senaki, Poti və Xaşuridədə rus ordusu nəzarəti öz əlində saxlayır.

Həmçinin bu bölgələrdə rus əsgərləri adi camaata qarşı güc istifadə etmir.

Kaspi bölgəsində rus əsgərlərin səngər qazdığı və ağır texnikanı döyüş vəziyyətində saxladığı önə çəkilir.

Qori şəhəri də hələ ki, Rusiya ordusunun nəarəti altındadır. Lakin bu şəhərdə polis də öz vəzifəsini yerinə yetirir.

İmereti meşələrində isə rs ordusu öz hərbi batalyonunu yerləşdirdiyi bildirilir.
  • Yazılıb
  • da (də) 2008 Aug 16