Muzeydə bu mövzuda tanıtdırılmış alimlər əsasən müasir tarixə aiddirlər ki, bu məntəqədə elmi və məzhəbi dolğunluğun axarında unudulmağa tərəf yönəlmişdi
İran servisi/Aran Agentliyi
Bu gün Ərdəbil ostanında dini iftixar muzeyinin açılış mərasimi prezidentin müavini və gənclərin milli təşkilatının sədri Höccətül-islam Məhəmmədcavad Hacəliəkbərinin iştirakı ilə Ərdəbil şəhərində Mirfəttahi adına tarixi evdə keçirilib. İrna-nın verdiyi xəbərə əsasən, Ərdəbil ostanının Ensiklopedik Təməl Mədəni İşləri idarəsinin məsulu bu muzeyin təsis olunması məqsədini, bu ostanın din və şiə məzhəbini genişləndirmək üzrə elmi və mədəni şəxsiyyətlərini tanıtdırmaq olduğunu bildirərək, deyib: Muzeydə bu mövzuda tanıtdırılmış alimlər əsasən müasir tarixə aiddirlər ki, bu məntəqədə elmi və məzhəbi dolğunluğun axarında unudulmağa tərəf yönəlmişdi. Lakin onların tarixi xidmətləri və sənədlərini -məntəqədə mənəvi irsin təzahürü- toplamaqla bu muzeydə əks etdirilib.
Höccətül-islam Adil Movlayi əlavə edib: Tezliklə Qafqaz regionu dini iftixar muzeyi Ərdəbil ostanının Ensiklopedik Təməl idarəsi tərəfindən təsis olunacaqdır.
Ərdəbil ostanı turizm, əlqayırma sənət əşyaları və Mədəni İrs Təşkilatının sədri bu muzeyin açılış mərasimində deyib: Ostanın dini iftixarlar muzeyinin tarixi bir evdə açılışı muzey içində muzey hesab olunur və bu tarixi evin bərpa olunması 8 ay müddətində bitirildi. Bu muzeyə 200 min dollardan çox vəsait xərclənmiş və hal-hazırda məntəqənin 57 dini aliminin əsərləri şəkil, rəssamlıq və heykəltəraşlıq formasında əks etdirilib.
Bu muzey Turizm, Əlqayırma sənət əşyaları və Mədəni irs təşkilatı və Ərdəbil ostanı Ensiklopedik Təməl idarəsi tərəfindən təsis olunubdur ki, Ərdəbil ostanının fazil və alimlərinin sənəd, xidmət və əsərləri toplandıqdan sonra dini iftixarlar muzeyi 107 nəfərdən çox şəxsin əsərlərindən ibarətdir.