Sionist rejimin Gürcüstana verdiyi silahlar çox faydalı olmuşdur,Beləki gürcü qüvvələr bu təchizatlardan istifadə edərək, rus qüvvələrinin qarşısında dayana bildi
Gürcüstan Servisi/Aran Agentliyi
Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilinin sözlərinə görə, gürcü qüvvələr Sionist rejimin bu hərbi təchizatlarının sayəsində rus qüvvələrinin qarşısında dayandı. Milaz.ru.İsrail saytı "Mariv" qəzetinə istinadən yazıb: Saakaşvili Gürcüstan prezident aparatının xüsusi iqamətgahında Sionist jurnalistlərlə görüşdə, Sionist rejiminin Gürcüstanın silah rəqabətində başlıca rol oynamasına işarə edərək, deyib: Sionist rejimin Gürcüstana verdiyi silahlar çox faydalı olmuşdur. Beləki gürcü qüvvələr bu təchizatlardan istifadə edərək, rus qüvvələrinin qarşısında dayana bildi.
"Mariv" qəzetinin yazdığına görə, Saakaşvili yəhudilərin Gürcüstandan qaçmalarına işarə edərək, Gürcüstan nazirlər kabinetindən 2-nin İsrail vətəndaşı olmasını etiraf edib.
Gürcüstanın Nazirlər Kabinetindən ikisi Müdafiə Naziri və İnteqrasiya Naziri vəzifəsində çalışır.
Qeyd edək ki, Gürcüstan kimi məntəqələrdə militarist hərəkətlərə cəhd göstərmək Sionist rejimin bariz xüsusiyyətlərindən biri sayılır ki, ABŞ ilə Şimali Atlantika Bloku (NATO) bu bölgədə təsir etmək niyyətindədirlər.