Tarix : 2008 Aug 17
Kod 6599

Gürcüstan hadisələri Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək

Rusiya-Gürcüstan münaqişəsi region və dünya miqyasında bir sıra problemlər və nigarançılıqların büruzə etməsinə səbəb olacaq
Azərbaijan Servisi/Aran Agentliyi

Avropa Birliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Gürcüstanda baş vermiş son hadisələrə münasibət bildirib. O deyib: Gürcüstan hadisələri Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək.
ANS telekanalının Tbilisidən verdiyi məlumata görə, Semnebi Gürcüstan hadisələrini araşdıraraq, deyib: Şübhəsiz Gürcüstanda baş vermiş son hadisələr Azərbaycan Respublikası ilə Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı mövqelərinə öz təsirini göstərəcək.
Onun sözlərinə görə, sözsüz ki, Rusiya-Gürcüstan münaqişəsi region və dünya miqyasında bir sıra problemlər və nigarançılıqların büruzə etməsinə səbəb olacaq.
O sonrada belə bir iddia irəli sürüb: Qərbin əsas məqsədi Cənubi Qafqaz bölgəsindəki ölkələr arasında stabilliyi bərqərar etmək və bu ölkələrin dirçəlməsidir.
Semnebinin bu sözləri elə bir halda səsləndirilir ki, deyilənlərə görə, Minsk qrupunun həmsədrləri, xüsusi ilə də ABŞ Qarabağ münaqişəsini uzatmaqla Azərbaycan Respublikası və Ermənistandan əlavə imtiyazlar almağa cəhd göstərirlər.

  • Yazılıb
  • da (də) 2008 Aug 17