Azərbaycan Respublikası ərazisindən 20%-nin ermənilərin işğalı altında olduğu bir şəraitdə azəri hərbi qüvvənin İraqa göndərilməsinin Bakıya nə xeyri ola bilər
Azərbaijan Servisi/Aran Agentliyi
İraqda gürcü sülhü mühafizə qüvvələrinin yerinə azəri sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündür. NATO-nun sülh naminə tərəfdaşlıq proqramına üzv ölkələrin əsgərlərindən bir neçəsi İraqda sülhü mühafizə qüvvələrini əvəz edəcək.
"Mil.az" informasiya agentliyi Amerika hərbçilərindən asılı qaynaqlara istinadən bildirib: Şimali Atlantika Blokunun (NATO) İraqa əlavə sülhü mühafizə qüvvələrinin göndərilməsini təklif edəcək ölkələrin sırasında Azərbaycan Respublikası, Ermənistan, Moldova və Ukraynanın adları hallandırılıb.
Qeyd edək ki, hazırda İraqda 150 azəri əsgəri NATO-nun kontingentində xidmət göstərir. Rəsmi Bakı 2003-cü ildən İraqa hərbi qüvvələr göndərib.
Azərbaycan Respublikası xalqı bu ölkənin hərbi qüvvələrinin İraqda və digər hər hansı bir ölkədə olmasının əleyhinədir. Hazırda Azərbaycan Respublikası xalqı üçün belə bir sual irəli sürülür: Azərbaycan Respublikası ərazisindən 20%-nin ermənilərin işğalı altında olduğu bir şəraitdə azəri hərbi qüvvənin İraqa göndərilməsinin Bakıya nə xeyri ola bilər?!
Amerikanın müsəlman ölkələrin ərazisini işğal etməsini nəzərə alaraq, dünyada müsəlmanların ABŞ-ın ekspansionist proqramlarında iştirakı islami həmrəylik üçün yaxşı bir müraciətə malik deyil. Rəsmi Bakının işğalçı qüvvələrlə əməkdaşlığı elə bir haldadır ki, NATO-ya üzv ölkələrin bir çoxu BMT Baş Assambleyasının son səs vermələrində Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün lehinə səs verməkdən çəkinib.