Abdulla Gül dünyanın yeni bir mərhələyə keçdiyini qeyd edərək, ABŞ-ın dünyada hər bir şeyi təkbaşına müəyyənedici dövlət olmadığını bildirmişdir
Turkyə Servisi/Aran Agentliyi
"The Guardian" qəzetinə verdiyi müsahibədə, Osetiya ilə bağlı Rusiya və Gürcüstan arasında siyasi qalmaqala səbəb olan müharibədən sonra dünyada yeni bir çoxqütblü səhnənin meydana çıxmaqda olduğunu qeyd etmişdir-"dunyabulteni" xəbər verir. Gürcüstandakı müharibənin nəticələrindən dərs alaraq, artıq Amerikanın təkbaşına dünya siyasətini formalaşdırmayacağını bildirən Gül, ABŞ-ın bundan sonra digər ölkələrlə də məsləhətləşəcəyini bəyan etmişdir.
Abdulla Gül açıqlamasında: "Dünyanı bir mərkəzdən idarə etməyiniz mümkünsüzdür. Böyük ölkələr var, böyük qüdrətlər var. Dünyanın bəzi yerlərində inanılmaz dərəcədə güclü iqtisadiyyat inkişaf edir. Bu durumda nə etməli? bu vəziyyətdə birlikdə müzakirələr aparmalı, birgə qərarlar qəbul etməli və dünya ilə danışmaq lazımdır " deyə, dünyanın bu günki dövründə yeni bir müstəvinin ortaya çıxdığını qeyd etmişdir.
Jurnalistin İranla bağlı verdiyi suala cavabı: "Nüvə, İraq, Qafqaz ölkələri, Əfqanıstan kimi bir çox vacib həll olunmalı məsələlər vardır. İranın bu məsələlərdə güclü təsiri var. Bu məsələlərlə bağlı İranla müzakirələr aparırıq. İranın nüvə enerjisi əldə etmək haqqı var. Biz bölgədə kütləvi qırğın silahları görmək istəmirik. (Xatırladaq ki, bölgə ölkələri arasında sionist rejimin nüvə silahına sahib olması bir çox narahatlığa səbəb olur.) ABŞ-ın İrana müharibəyə başlamasına inanmıram. İraqda baş verənlərdən hər bir kəs dərs almalıdır. Diplomatik müzakirələr hər zaman güc istifadə edilməsindən daha faydalı olmuşdur. "