Bu raketin fəzaya göndərilməsi narahatedici bir haldır. Çünki İran özünün qabiliyyətlərini inkişaf etdirmək iqtidarındadır və İrandan kilometrlərlə aralıda olan hər hansı bir nöqtəni hədəfə ala bilər
İran servisi/Aran Agentliyi
Sionist rejimin hökumət nümayəndələri İranın "Səfir Ümid" adlı peyk daşıyan raketinin fəzaya göndərilməsi ilə bağlı nigarançılıq hissi keçirmələrindən xəbər veriblər. Sionist rejimin Crozalem Post qəzeti bazar ertəsi günkü sayında Sionist rejiminin təhlükəsizlik orqanının məmurlarından birinə istinadən yazıb: Bu raketin fəzaya göndərilməsi narahatedici bir haldır. Çünki İran özünün qabiliyyətlərini inkişaf etdirmək iqtidarındadır və İrandan kilometrlərlə aralıda olan hər hansı bir nöqtəni hədəfə ala bilər.
Onun sözlərinə görə, fəzaya göndərilən peyk daşıyan bu raket Sionist rejimə qarşı təhlükə olmasa belə İranın raket qabiliyyətləri sahəsində iri addımlar atmasını göstərir.
İİR bazar günü avqustun 17-də peyk daşıyan bu raketi fəzaya göndərərək, peyk göndərmə texnologiyasına malik 10 ölkənin sırasına qoşulub.