Türkiyə aviasiyası İraqın şimalındakı mövqe tutmuş PKK üzvlərinə qarşı hücum həyata keçirib
Turkyə Servisi/Aran Agentliyi
Türkiyə aviasiyası İraqın şimalındakı dağlıq ərazidə mağaralarda mövqe tutmuş PKK üzvlərinə qarşı hücum həyata keçirib. Türkiyə ordusunun rəsmi internet səhifəsində yayılan məlumata əsasən, separatçılar Türkiyə ərazisində əməliyyat həyata keçirməyi planlaşdırırmış. Hava hücumları nəticəsində neçə terrorçunun qətlə yetirildiyi açıqlanmasa da, əməliyyatın uğurla həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, son həftələrdə bir neçə türk əsgərinin minaya düşərək şəhid olmasından sonra terrorçulara qarşı quru əməliyyatı da həyata keçirilib. Yeri gəlmişkən, PKK 40 min insanın qətlində ittiham olunur.