Tarix : 2008 Aug 18
Kod 6635

İran hərbi təyyarələrinin yeni qabiliyyətləri

İran ordusunun hərbi təchizatını yaxşılaşdırma sektorunda özünün hərbi təyyarələrini bir daha yanacaq doldurmağa ehtiyaclı olmadan havada 3 min km-dən çox uçmağa qadirdir
İran servisi/Aran Agentliyi

İranın hərbi təyyarələri yanacaq doldurmadan 3 min km-lik uçuş qabiliyyətinə malikdirlər. Fars informasiya agentliyi İranın hava donanmasının komandanı Əhməd Miqaniyə istinadən bildirib: İran ordusunun hərbi təchizatını yaxşılaşdırma sektorunda özünün hərbi təyyarələrini bir daha yanacaq doldurmağa ehtiyaclı olmadan havada 3 min km-dən çox uçmağa qadirdir.
Miqaninin sözlərinə görə, İranın hərbi hava donanması, özünün hərbi qabiliyyətini yüksəltmək istiqamətində hərbi təchizatı bərpa etmək və yaxşılaşdırmaq sektorunda nəzərə çarpacaq dərəcədə uğur qazanıb.
İran ordusu habelə radara düşməyən təyyarə düzəltmək sektorunda böyük nailiyyətlər əldə edib. Bundan savayı bir nöqtəni hədəfə alan və mühərrikli modern bombalar düzəltməyə müvəffəq olub.
İran ordusunun hərbi hava donanması komandanı İranın Müdafiə doktrinasına və bu modern təchizatlardan İİR-nın mövqeyi himayə istiqamətində istifadə olunacağına işarə edərək, deyib: Region xalqları da bizim onlarla dost və qardaş olmağımızdan əmin olmalı və bilməlidirlər ki, biz təkcə təcavüzkar qarşısında özümüzü müdafiə edirik.

  • Yazılıb
  • da (də) 2008 Aug 18