Tarix : 2008 Aug 18
Kod 6636

İran peyk daşıyan raketi uğurla sınaqdan keçirdi

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə "Səfir Ümid" adlı peykin sınaq göndərilməsi uğurla yerinə yetirildi
İran servisi/Aran Agentliyi
"Səfir ümid" adlı peyk daşıyan raketi İİR-nın prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə uğurla sınaqdan çıxarıldı.
 İrna-nın verdiyi məlumata əsasən, İran İslam Respublikası Silahlı Qüvvələrə Dəstək və Müdafiə Naziri bir məlumatda bildirib: İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə "Səfir Ümid" adlı peykin sınaq göndərilməsi uğurla yerinə yetirildi.
Bu məlumata əsasən, bu sınaq atışı, dünya şiələrinin 12-ci imamı Həzrət Mehdi (əc)-ın anadan olduğu gecədə və iranlı mütəxəssislərin əli ilə düzəldilmiş və peyki Yerin orbitində yerləşdirmək üçün hazırlayıb.
Bu məlumata görə, bu sınaq peykin düzgün işləməsi, uzaq məsafədən idarə olunması, Yerdəki mərkəzi qurğunun və Telekoment stansiyaları və peykin yerinin təyin olunması sınaqdan keçirildi. Qabaqcadan təyin olunmuş bütün hədəfləri yerinə yetirməyi bacardı.
Bu uğurlu sınaqda, yerli rabitə qovşaqları tam surətdə bu sınaq atışını himayə etdilər.
Bununla gələcəkdə İranın milli peykinin Yer orbitində yerləşdirilməsi hazırlandı və İran peyk göndərilməsi texnologiyasında 10 ölkənin sırasına keçdi.
*** 

Dünyanın kütləvi informasiya vasitələri İranın "Səfir Ümid" adlı peyk daşıyan raketin atılmasını geniş şəkildə əks etdiriblər.
EuroNews bir məlumatda bildirib ki, Tehran "Səfir Ümid" adlı peyk daşıyan raketi fəzaya ataraq, fəzanı fəth etməkdə yeni bir addım atdı.
Frans Press də bir məlumatda bildirib: İran peyk daşıyan və onu Yerin orbitində mərkəzləşdirməyə qadir olan bir raketi uğurla sınaqdan keçirməyə nail oldu.
"SkyNews" telekanalı da bu məsələ münasibət bildirərək, elan etdi: İranın dövlət başçısı Cənab Mahmud Əhmədinejadın İranın peyk daşıyan raketinin fəzaya atılması ilə bağlı etdiyi vədi reallaşdı.
"Əl-ərəbiyyə" telekanalı da bir məlumatda iranlı mütəxəssislərin əli ilə düzəldilmiş peykin fəzaya atılmasından xəbər verdi.
Almaniyanın informasiya agentliyi də Tehrandan verdiyi bir məlumatda bildirib: İran özünün birinci milli peykini fəzaya göndərdi.

  • Yazılıb
  • da (də) 2008 Aug 18