Tarix : 2008 Aug 18
Kod 6637

MƏĞLUB OLMUŞ GÜRCÜSTAN ŞƏHƏRLƏRİNƏ NƏZARƏT EDƏ BİLMİR

Qoridə vəziyyət dəyişməz olaraq qalır. Burada yenə də Rusiya əsgərləri nəzarət edir
Gürcüstan Servisi/Aran Agentliyi
Rusiya Ordusu hələ də Qorini nəzarət altında saxlayır.

İslam-Azeri-nin
Apsny
xəbər agentliyinə istinadlı xəbərinə görə Rusiya Ordusu Qori şəhərini nəzarət altında saxlayaraq hətta yolları belə bağlayıblar.

Bu barədə agentliyə bu əyalətin polis idarəsinin rəisi David Tabusadze məlumat verib:"Qoridə vəziyyət dəyişməz olaraq qalır. Burada yenə də Rusiya əsgərləri nəzarət edir. Gürcüstan ordusu şəhərə girə bilmir. Rusiya Ordusunun bu gün tutduğu ərazilərdən çıxacağına söz verməsinə baxmayaraq Rus ordusunun hazırlaşması nəzərə çarpmır".

Qoriyə humanitar yardım buraxılsada gürcü ordusu hələ ki, öz şəhərlərini nəzarətdə saxlaya bilmir.
  • Yazılıb
  • da (də) 2008 Aug 18