Tarix : 2008 Aug 18
Kod 6638

ƏBU-BƏKR MƏSCİDİNDƏ BAŞ VERMİŞ TERROR AKTINDA ÖLƏNLƏRİN SAYI ARTIB

Hadisə, yerli saatla 21: 00 radələrində meydana gəlib. Bakının Nərimanov rayonundakı "Əbu-Bəkr" Məscidinə axşam namazı əsnasında əl bombası atılıb
Azərbaijan Servisi/Aran Agentliyi
Azərbaycanın Paytaxtı Bakıda "Əbu-Bəkr" məscidinə atılan əl bombasının partlayış etməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb. Partlayışda ağır yaralananlardan biri xəstəxanada həyatını itirib. Hadisədə, 10 nəfər də yaralanıb.

İslam-Azerinin
Cihan
a istinadlı verdiyi xəbərə görə,
Hadisə, yerli saatla 21: 00 radələrində meydana gəlib. Bakının Nərimanov rayonundakı "Əbu-Bəkr" Məscidinə axşam namazı əsnasında əl bombası atılıb.

Bombanın partlayış etməsi nəticəsində 2 nəfər hadisə yerində həyatını itirərkən, 2-i ağır 11 nəfər də yaralanıb. Yaralılar, bölgədəki Musa Nağıyev Xəstəxanası təcili xidmətinə aparılıb. Həyati təhlükəsi olan 2 yaralıdan biri xəstəxanada həyatını itirib.

Partlayışın ardından məscidə gələn Nərimanov Rayon prokuror Köməkçisi Rasim Qurbanov, hadisənin terror hücum olma ehtimalının olduğunu deyib. Şahidlər, bombanın, camaatın səcdədə olduğu zaman partladıldığını önə çəkir.

Hücumun ardından bölgəyə gələn Azərbaycan Daxili İşlər Nazirinin Köməkçisi Vilayət Eyvazov da hadisə ilə əlaqədar rəsmilərdən məlumat alıb.

Yerli mətbuat isə terror aktından sonra hadisə yernə həmçinin MTN rəhbəri Eldar Mahmudov və DİN rəhbəri Ramil Usubovunda gəldiyini bildirib.
 
  • Yazılıb
  • da (də) 2008 Aug 18