Rusiya qüvvələrinin əsirlərin mübadiləsi üzrə verdikləri siyahının əsas hissəsi əsir götürülməmiş şəxslərin adlarıdır və buna görə də bu siyahıya əsasən, əsirlərin mübadiləsi qeyri-mümkündür
Gürcüstan Servisi/Aran Agentliyi
Rusiya və Gürcüstan müharibə əsirlərinin mübadiləsi haqda razılıq əldə edə bilməyiblər.
Frans Pressin verdiyi məlumata əsasən, Gürcüstan Daxili İşlər Nazirinin müavini Aka Zequladze deyib: Rusiya qüvvələrinin əsirlərin mübadiləsi üzrə verdikləri siyahının əsas hissəsi əsir götürülməmiş şəxslərin adlarıdır və buna görə də bu siyahıya əsasən, əsirlərin mübadiləsi qeyri-mümkündür.
Gürcüstan Daxili İşlər Nazirinin müavini əlavə edib: Bizim əldə etdiyimiz məlumata əsasən, 100 nəfərdən çox gürcü rus ordusu qüvvələri tərəfindən əsir götürülüb və Gürcüstan qüvvələri də 12-15 rus vətəndaşını həb ediblər.
Rusiyanın Qafqaz məntəqəsindəki silahlı qüvvələrinin sözçüsü polkovnik Andrey Bobron bildirib ki, Rusiya ilə Gürcüstan arasındakı əsirlərin mübadiləsində iki tərəfin bütün əsirlərinin mübadiləsi qərara alınıb.