İran servisi/Aran Agentliyi
Tacikistan Xarici İşlər Naziri İranın Şanxay əməkdaşlıq Təşkilatındakı üzvlüyünə təkid edərək, deyib: İranın bu təşkilatdakı iştirakı Şanxay Əməkdaşlıq Təşkilatının güclənməsinə səbəb olacaq. İranın "Xəbər" telekanalının məlumatına əsasən, Həmraxan Zərifi İranın məntəqə də sülhün bərqərar edilməsindəki dəyərli rolunun olmasına işarə edərək, deyib: Bütün ölkələr İranın Şanxay təşkilatına üzv olmasına səy göstərməlidirlər.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin zirvə toplantısı avqustun 28-də Tacikistanın paytaxtında keçiriləcək.
Tacikistan, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Şanxay əməkdaşlıq Təşkilatının daimi üzvləri və İran, Pakistan, Hindistan və Monqolustan bu təşkilatın nəzarətçi üzvləridir.