Tarix : 2008 Aug 19
Kod 6647

Gürcüstanla Rusiya arasında əsirlərin mübadiləsi baş tutub

Gürcü tərəfi isə Rusiyaya beş nəfəri, o cümlədən – Gürcüstan üzərində vurulan hərbi təyyarənin iki pilotunu təhvil v
Gürcüstan Servisi/Aran Agentliyi
Gürcüstanda İqoeti kəndinin yaxınlığında (Tiflisdn 40 km aralıda) rus hərbçiləri tərəfindən yaradılmış postda bu gün saat 11.00-da əsirlərin mübadiləsi həyata keçirilib. “Novosti-Qruziya”nın hadisə yerində olan əməkdaşının sözlərinə görə, Rusiya tərəfi 15 nəfəri təhvil verib – 13 hərbçi və iki mülki şəxs.

Gürcü tərəfi isə Rusiyaya beş nəfəri, o cümlədən – Gürcüstan üzərində vurulan hərbi təyyarənin iki pilotunu təhvil verib.
Gürcüstandan hərbi əsirlərin mübadiləsini Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya koordinasiya edib. Hazırda əsirlikdən azad olunmuş Gürcüstan vətəndaşları Təcili yardım maşınlarında Tiflis istiqamətində yola düşüb.
Əsirlərdən biri - Gürcüstan Müdafiə Nazirliyinin ikinci briqadasının hərbçisi Qoça Çaçnidzenin verdiyi məlumata görə, o, əsir düşəndə yaralı olub. Daha sonra onu Vladiqafqazda bir həftə xəstəxanada saxlayıblar. Sonra isə Tsxinvaliyə göndərib.
  • Yazılıb
  • da (də) 2008 Aug 19