Beynəlxalq Atom Enerji Agentliyinin Baş Direktorunun Nəzarət Sistemi üzrə müavini Olli Xeynonen dünən İranın Atom Enerji Təşkilatının rəsmiləri ilə müzakirə etmək üçün Tehrana daxil olub
İran servisi/Aran Agentliyi
MAQATE-nin Nəzarət Sistemi üzrə sədr müavini ilə İİR-nın Atom Enerji Təşkilatının məsul şəxslərinin ikinci dövr müzakirələri bu gün Tehranda keçiriləcək. Beynəlxalq Atom Enerji Agentliyinin Baş Direktorunun Nəzarət Sistemi üzrə müavini Olli Xeynonen dünən İranın Atom Enerji Təşkilatının rəsmiləri ilə müzakirə etmək üçün Tehrana daxil olub.
Xeynonen dünən axşam İranın Atom Enerji Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavini Məhəmməd Səidi və İranın MAQATE-dəki səfiri Əliəsğər Soltaniyyə ilə özünün birinci dövr müzakirələrini həyata keçirəcək.
İranın Atom Enerji Təşkilatı bildirib ki, Əlbəradeinin müavini keçmiş dövr müzakirələrin davamı üçün Tehrana səfər edibdir.
Olli Xeynonen avqustun 7-də İran iki günlük səfəri çərçivəsində, İranın Atom Enerji Təşkilatının rəsmiləri ilə Nəzarət sistemi əlaqələri və Tehranla MAQATE arasındakı cari əməkdaşlıqlar prosesi barədə müzakirə etdi.
Beynəlxalq Atom Enerji Agentliyinin Baş Direktoru Məhəmməd Əlbəradei gələn milad ayında MAQATE-nin Hakim Şurasının mövsüm iclası keçirilməzdən öncə özlərinin İranın sülhsevər nüvə fəaliyyətləri və Tehranla MAQATE əməkdaşlıqları prosesi barədəki yeni hesabatını Hakimlər Şurasına təqdim etməsi qərara alınıb.