baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantıdan sonra bəyanat verən Baş nazirin müavini Cəmil Çiçək əsas müzakirə mövzusunun Cənubi Qafqazdakı vəziyyət olduğunu bildirib
Turkyə Servisi/Aran Agentliyi
Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan bu ölkənin təklif etdiyi Qafqaz Ölkələri İttifaqını təşkil etmək üçün sabah Bakıya səfər edəcək. Ankarada Türkiyənin Nazirlər Kabinetinin altı saata qədər davam edən iclası başa çatıb.
baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantıdan sonra bəyanat verən Baş nazirin müavini Cəmil Çiçək əsas müzakirə mövzusunun Cənubi Qafqazdakı vəziyyət olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi Qafqaz İttifaqına Ermənistanın da daxil olacağı və bununla bağlı Yerevanla danışıqlar aparılacağının mümkünlüyü barədə suala cavab verən Cəmil Çiçək deyib: "Türkiyə hazırda Ermənistanla heç bir görüş keçirmir. Ankaranın məqsədi Qafqazda əməkdaşlığın və sabitliyin bərqərar olmasıdır. Bölgədəki problemlərin hərbi yolla, zor gücünə deyil, sülh yolu ilə nizama salınması üçün addım atılmalıdır. Bunun üçün Rəcəb Tayyib Ərdoğan Rusiya və Gürcüstanda danışıqlar aparıb, avqustun 20-də isə Azərbaycana səfər edəcək. Ermənistanla görüşmək lazım gələrsə, bu görüşlər keçiriləcək".
Cəmil Çiçək Cənubi Qafqazda dünyada sülhə və sabitliyə təhlükə törədən ciddi problemlərin olduğuna işarə edərək, gələcəkdə Ermənistanla da görüşlərin olacağını istisna etməyib.