Ekspert qruplarının iclasları tam sürətlə davam edir və gələcək bir ay içərisində nəticəyə çatacaqdır
Turkyə Servisi/Aran Agentliyi
Türkiyənin Energetika Naziri deyib ki, ölkəsi müstəqil bir dövlətdir və İranla əməkdaşlıq etmək üçün Amerikanın razılığına ehtiyacı yoxdur.
Türkiyənin Energetika Naziri Helmi Gülər Türkiyənin NTV telekanalı ilə müsahibədə İranla Türkiyə arasında qaz müqaviləsinin yekunlaşdırılması üçün iki ölkənin ekspert qruplarının fəaliyyətlərinin davam etməsindən xəbər verərək deyib: Türkiyə xarici qaz yataqlarına bağlı bir ölkədir və öz mənafeyinin fikrində olmağa məcburdur və ABŞ-ın razılığına ehtiyaclı deyil.
Helmi Gülər İranla Türkiyə arasındakı müzakirələrin davamına işarə edərək, özünün və Türkiyənin Xarici İşlər Naziri Əli Babacanın 15 gün ərzində İran səfər edəcəklərindən xəbər verib.
Türkiyənin Energetika Naziri əlavə edib: Ekspert qruplarının iclasları tam sürətlə davam edir və gələcək bir ay içərisində nəticəyə çatacaqdır.