Tarix : 2008 Aug 20
Kod 6665

NATO Rusiyanı cəzalandırmaqdan imtina etdi

Rusiya beynəlxalq arenada çox vacib oyunçudur. Rusiyanın təcridi ən yaxşı addım deyil
Rusiya Servisi/Aran Agentliyi
NATO üzvü olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü başa çatıb. Lent.az-ın Böyük Britaniyanın “SkyNews” telekanalına istinadən verdiyi məlumata görə, NATO-nun bəzi üzvləri ABŞ-ın birgə təhlükəsizliyin təmin edilməsi sahəsində Rusiya ilə əməkdaşlığı dayandırmaq təklifini rədd ediblər.
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Rusiya ilə mövcud formatda, o cümlədən Rusiya-NATO Şurası çərçivəsində əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıb: “Rusiya beynəlxalq arenada çox vacib oyunçudur. Rusiyanın təcridi ən yaxşı addım deyil”.
Bununla yanaşı, Milibend Rusiyanın Gürcüstanda beynəlxalq hüququ pozduğunu və bununla bağlı məsuliyyətini dərk etməli olduğunu bəyan edib: “Rusiyanı tez bir zamanda və tam şəkildə qoşunlarını Gürcüstandan çıxartmağa və bu ölkənin ərazi bütövlüyünü tanımağa çağırırıq. Hərbi əməliyyat çıxış yolu deyil. NATO ölkələri Rusiyanın beynəlxalq tərəfdaş kimi etibarlılığan şübhə etmirlər”.
Görüşün nəticələrinə uyğun olaraq Gürcüstanla əlaqələri inkişaf etdirmək üçün NATO-Gürcüstan birgə komissiyası yaradılıb. Bu barədə mətbuat konfransında NATO-nun baş katibi Yaap de Hoop Sheffer bildirib. O, NATO-nun Rusiya ilə münasibətləri “heç bir şey olmamış kimi” davam etdirməyəcəyini də vurğulayıb.
  • Yazılıb
  • da (də) 2008 Aug 20