Düşmən İİR-nın müqəddəs quruluşuna qarşı hər bir hədə həyata keçirsə, bu məntəqədən diri geri qayıtmayacaq
İran servisi/Aran Agentliyi
İİR-nın ordusunun baş komandanı hər cür hədə haqda İranın düşmənlərinə xəbərdarlıq edib. İrna-nın bu gün verdiyi məlumata görə, İİR ordusunun baş komandanı korpus generalı Ətaullah Salihi İran ordusunun tam şəkildə ayıqlıqla və hazırlıqla məntəqədəki bütün hərəkətləri diqqətlə izlədiyinə təkid edərək, deyib: Düşmən İİR-nın müqəddəs quruluşuna qarşı hər bir hədə həyata keçirsə, bu məntəqədən diri geri qayıtmayacaq.
İslami İran ordusunun xarici ölkələrdəki hərbi attaşelərinin təlim açıqlama konfransının açılış mərasimində söhbət edən Salihi İranın hərbi attaşelərini İİR quruluşunun qüdrət və güc sözləri və İranın silahlı qüvvələrin ölkə xaricindəki kamil bir nümunəsi adlandırıb.
Hər iki ildən bir qeyd edilən konfransda, İranın ordusunun xaricindəki hərbi attaşeləri bir həftə ərzində peşəkar iclaslarda iştirak edərək, İİR-nın son siyasi hərbi siyasətləri ilə tanış olurlar və konfransın sonunda İmam Xomeyni (rə)-ın pak məqbərəsində olaraq, İİR-nın banisinin amalları ilə öz əhd-peymanlarını təzələyirlər.