Gürcüstanın NATO-ya sürüklənməsi antirusiya meyllərindən qaynaqlanır və bu addımı təcavüzkar rejimə dəstək verilməsindən başqa cür qiymətləndirə bilmirəm
Rusiya Servisi/Aran Agentliyi
“Gürcüstanın NATO-ya sürüklənməsi xətti alyans daxilində antirusiya əhval-ruhiyyəsi ilə əlaqədadır”. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO XİN Şurasının bugünkü toplantısının nəticələrini belə şərh edib.
O bildirib ki, NATO-nun Cənubi Osetiyada baş verənlərə dair münasibəti şişirdilmiş və qeyri-obyektivdir: “Gürcüstanın NATO-ya sürüklənməsi antirusiya meyllərindən qaynaqlanır və bu addımı təcavüzkar rejimə dəstək verilməsindən başqa cür qiymətləndirə bilmirəm. Moskva NATO-nun gürcüpərəst mövqeyindən lazımi nəticələr çıxaracaq. Hərbi alyans faktiki olaraq Mixail Saakaşvilini öz himayəsi altına alıb. NATO-nun Cənubi Osetiya ilə bağlı bəyanatı qeyri-obyektivdir. Bəyanatda hadisələrin necə başlaması, Gürcüstanı kimin silahlandırması, ötən bir il ərzində bu ölkəni güc tətbiqinin yolverilməzliyi barədə sazişi imzalamağa kimin imkan verməməsi barədə bir kəlmə belə yoxdur”.