Rusiya Qara dəniz ölkələrinin qarşılıqlı etimad və dəstək üzərində qurulmuş əlaqələr sistemini faktiki olaraq məhv etdi
Gürcüstan Servisi/Aran Agentliyi
Rusiya ordusu Poti limanını tam nəzarə götürüb. Səhər saatlarında, Rusiya ilə Gürcüstan arasında əsirlərin mübadiləsi prosesi baş tutsa da, Rusiya əsgərləri yenidən bir neçə Gürcüstan hərbçisini əsir götürüb. GUAM-ın baş katibi Valeriy Çeçelaşvili bəyan edib ki, Rusiya Gürcüstana qarşı etdiyi hərəkətlərə görə artıq heç vaxt Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv ola bilməyəcək. Onun sözlərinə görə, Rusiya Qara dəniz ölkələrinin qarşılıqlı etimad və dəstək üzərində qurulmuş əlaqələr sistemini faktiki olaraq məhv etdi. Çeçelaşvilli əlavə edib ki, rəsmi Moskva bu hərəkəti ilə MDB-ni də dağıdıb.
“Cibində yumruq, arxada isə kərpic tutaraq hansı regional əməkdaşlıqdan, hansı regional layihələrdən danışmaq olar? Rusiya əməlləri ilə 'böyük səkkizliy'in formatına da dəyişiklik edilməsi zərurəti yaradaraq, faktiki olaraq 'böyük yeddiliy'i bərpa edib. Rəsmi Moskva regionda mövcud münaqişələrin sülh yolu ilə həllinin qaranti olmaq bacarıqsızlığını da bütün dünyaya nümayiş etdirdi”.