Azərbaycan Respublikası Baş Prokurorunun müavini Ramiz Rzayev, bu şəxsin adının Əmin Aydın oğlu Rzayev olmasına və kimliyinə işarə edərək, bildirib: Bu şəxs Bakıda kirayə də yaşayır və Astaralıdır
Azərbaijan Servisi/Aran Agentliyi
Bakıda vəhhabilərin məscidinə əl qumbarası atmaqda şübhəli bilinərək, nəzarətə alınan Astaralı bir şəxs Az.R-nın prokurorluğu tərəfindən milli, irqi və dini nifrəti yaratmaqda günahlandırıb. MediaForum internet saytının yazdığına görə, Azərbaycan Respublikası Baş Prokurorunun müavini Ramiz Rzayev, bu şəxsin adının Əmin Aydın oğlu Rzayev olmasına və kimliyinə işarə edərək, bildirib: Bu şəxs Bakıda kirayə də yaşayır və Astaralıdır.
Prokurorluğun bu rəsmisinin sözlərinə görə, onun kirayədə yaşadığı mənzildə axtarış aparılıb. Mənzildən milli, sosial və dini zəmində düşmənçilik salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlərin aşkar surətdə törədilməsini təbliğ edən kitablar tapılıb.
E. Rəsulova Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda Rəsulovun Əbubəkr məscidində törədilən terrorda iştirak edib-etmədiyi araşdırılır.
283.1 maddə bundan ibarətdir: Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yada salsaq ki, nəzarətə alınmış Astara alınmış şəxsin etnik mənsubiyyəti hələ bildirilməyib. Ancaq belə bir ehtimal da güclüdür ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi fürsətdən istifadə edərək, talışların fəallarının gözünü qorxutmaq və intiqam almaq istəyir.