Tarix : 2008 Aug 21
Kod 6699

Ərdoğan Minsk qrupunun həmsədrlərini tənqid edənlər sırasına qoşulub

Türkiyənin Baş Naziri bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması baxımından Azərbaycan Respublikası və Türkiyənin mövqeyi eynidir
Turkyə Servisi/Aran Agentliyi

Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan bildirib: ATƏT-in Minsk qrupunun 16 illik fəaliyyəti bizi qane etmir. ANS telekanalının bildirdiyinə görə, Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan, cümə axşamı günü Az.R-nın prezidenti İlham Əliyev ilə keçirdiyi mətbuat konfransında deyib: rəsmi Ankara Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır. Bu prosesdə vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun 16 il ərzində ərazidə fəaliyyəti isə bizi qane etmir və bu bizi düşünməyə vadar edir.
Türkiyənin Baş Naziri bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması baxımından Azərbaycan Respublikası və Türkiyənin mövqeyi eynidir.
Türkiyənin Baş Naziri habelə Gürcüstanda baş verən hadisələrə də toxunub. O Rusiya və Gürcüstanın Qafqazda sabitlik və əməkdaşlıq platformasının yaradılması təklifinə müsbət yanaşmasının rəsmi Ankaranı məmnun etdiyini deyib.
Ərdoğan deyib: Bu məsələ ilə bağlı bu gün İlham Əliyev ilə də ətraflı şəkildə müzakirə etdik. Azərbaycan Respublikasının da təklifimizə müsbət yanaşması bizi xüsusi məmnun etdi. Xarici İşlər Nazirimiz bu məsələ ilə bağlı işləməyə başlayıb və digər ölkələrin qurumları ilə birgə müzakirələr aparıb, bunu daha yaxşı şəkildə təşkil etməyə çalışacağıq.
Qeyd edək ki, bundan öncə Rəcəb Tayyip Ərdoğan Qafqaz regionundakı problemlərin həllinə dair Qafqaz İttifaqının yaradılmasını irəli sürüb və Ermənistanın bu müqaviləyə üzvlüyü barədə də Yerevanla müzakirə aparacağını bildirib. Bundan qabaqda Türkiyənin Baş Naziri bu çərçivədə Rusiyaya səfər etmişdi.

  • Yazılıb
  • da (də) 2008 Aug 21