Rusiyanın Müdafiə Nazirliyi Moskvadakı Norveç səfirliyi ilə telefon əlaqəsi saxlayaraq, Norveçi bu məsələ haqda məlumatlandırıb
Rusiya Servisi/Aran Agentliyi
Rusiya naməlum bir vaxta qədər özünün NATO və onunla müttəfiq olan ölkələrlə hərbi əməkdaşlıqlarını dayandırmağı qərara alıb. Frans Pressin verdiyi məlumata əsasən, Norveçin Müdafiə Nazirinin sözçüsü deyib: Rusiyanın Müdafiə Nazirliyi Moskvadakı Norveç səfirliyi ilə telefon əlaqəsi saxlayaraq, Norveçi bu məsələ haqda məlumatlandırıb.
NATO-ya üzv olan ölkələrin Xarici İşlər Nazirləri çərşənbə axşamı günü Rusiyadan istədilər ki, öz qüvvələrini Gürcüstandan çıxarmaq haqdakı öhdəliyinə əməl etsin.
NATO-nun Baş katibi Yap De Hup Şxeffer də Rusiyanı Fransanın vasitəçiliyi ilə Moskva-Tbilisi arasındakı sülh layihəsi öhdəliyinə əməl etməməkdə ittihamlandırdı.