Tarix : 2008 Aug 22
Kod 6704

ABXAZ XALQI MÜSTƏQİLLİK ÜÇÜN NÜMAYİŞLƏRƏ BAŞLADILAR

Paytaxt Suxumidə toplanan təxminən 50 min Abxaz, dünya birliyindən və Rusiyadan onları müstəqil bir dövlət kimi tanımaqlarını istədilər
Gürcüstan Servisi/Aran Agentliyi
Abxazya xalqı müstəqillik əldə etmək üçün geniş nümayişlər keçirtməklə küçələrə töküldülər. Paytaxt Suxumidə toplanan təxminən 50 min Abxaz, etdikləri hərəkətlə müstəqillik istədilər. Azdlıq meydanına yığışan hər bir nümayişçi müstəqillik haqda olan bəyamnaməyə imza atdılar.


Rusiya Federasiya Şurasının başçısı Sergey Mironov, dünən Gürcüstandan tək tərəfli müstəqilliyini elan edən Cənub Osetiya və Abxazyanın müstəqilliyini tanımağa hazır olduqlarını söyləmişdi.

Abxaziya prezidenti Sergey Baqapş isə müstəqillik üçün lazım olan sənədləri Rusiyaya və digər respublikalara göndərəcəyini bildirdi.

Onu da qeyd edək ki, Abxaziya və Osetiya bundan əvvəl dəfələrlə Rusiyadan onları müstəqil dövlət kimi tanımaqlarını istəsədə bu baş verməmişdi. Ancaq, bu son Gürcü-Osetin münaqişəsindən sonra isə Rusiya bu məsələdə Abxazları və Osetinləri dəstəkləyəcəyini deyir.
  • Yazılıb
  • da (də) 2008 Aug 22