Tarix : 2008 Aug 22
Kod 6706

HACI İLQAR İBRAHİMOĞLU: TOLERANTLIQ İNANCIMIZIN CÖVHƏRİDİR

Azərbaycanda digər müsəlman ölkələrindən fərqli olaraq dini zəmində hər hansı bir qarşıdurma olmayıb
Azərbaijan Servisi/Aran Agentliyi

Amma Əbu-Bəkr məscidində törədilən partlayış diqqəti bu mövzu üzərinə çəkir. Bu hadisədən çıxış edərək “Azərbaycanda dini tolerantlıq varmı” sualı ilə dini təşkilatlara müraciət etdik.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu Azərbaycanda dini tolerantlığın mövcud olduğunu söylədi: “Ölkəmizdə inanclar arasında sözün müsbət mənasında tolerantlıq var.

 Müsəlman olan kəslərin istər Əhli-beyt, istərsə də İslamın digər məktəblərinin arasında tolerantlıq var. Bu və ya digər radikallar və ekstermistlər İslam adı altında qarşıdurma yaradırsa, bu, başqa məsələdir. Həqiqətən də islami kimliyi olan kəs heç vaxt müsəlman qardaşı ilə qarşıdurmaya getməz. Hər bir insanı Allah yaradıb və hər bir kəsin şəxsiyyəti və ləyaqəti Allah dərgahında möhtərəmdir. Bu mənada tolerantlıq inancımızın cövhəridir. Ona görə də müsəlman olan kəs hər bir insanın şəxsiyyət və ləyaqətinə hörmətlə yanaşmalıdır”.

  • Yazılıb
  • da (də) 2008 Aug 22