Tarix : 2008 Aug 22
Kod 6709

SURİYA RUSİYANIN TƏRƏFİNDƏDİR

Bəşər Əsəd : Biz anlayırıq ki, Gürcüstanın hərbi yolla cavab verməsi bir təxribatdır
Rusiya Servisi/Aran Agentliyi
Suriya prezidenti Bəşər Əsəd Rusiya Federasiyasına etdiyi 2 günlük səfər ərəfəsində ikitərəfli görüşdə Yaxın Şərq problemi, iki ölkə arasında iqtisadi ticarət əlaqələrinin genişləndirilməsi və ikitərəfli tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Prezident Bəşər Əsəd Qafqazda yaşanan problemləri Yaxın Şərqlə müqayisə edib: «Bu problemlər bir-birinə oxşardır və həm dünya, eyni zamanda təhlükəsizlik üçün strateji rolu var. Buna görə də Suriya Rusiya ilə təhlükəsizlik marağı çərçivəsində strateji əlaqələrinin inkişaf etdirilməsinə çalışır. Gürcüstanın Cənubi Osetiyaya hücumuna nə üçün hərbi cavab verdiyini də yaxşı başa düşürük. Biz Rusiyanın buna adekvat atdığı addımı da anlayırıq. Biz anlayırıq ki, Gürcüstanın hərbi yolla cavab verməsi bir təxribatdır».

Prezident Əsəd onu da bildirib ki, rəsmi Dəməşq Türkiyə vasitəsi ilə İsraillə birbaşa olmayan əlaqələrin davam etdirilməsində Rusiyanın dəstəyinə də ümid edir. Rusiya prezidenti Dmitri Medvedev də həmçinin öz növbəsində Gürcüstanla bağlı dəstəyinə görə Suriya prezidentinə minətdarlığını bildirib.
Qeyd edək ki, hər iki ölkə arasında ticarət dövriyyəsi bir milyard dollar təşkil edib və son 5 ay ərzində bu iki dəfəyədək artırılıb. Xatırladaq ki, Prezident Bəşər Əsəd 3-cü dəfədir ki, Rusiya Federasiyasına səfər edir. Onun bu səfərləri 2005-ci ilin yanvar və 2006-cı ilin dekabr ayında baş tutmuşdu.
  • Yazılıb
  • da (də) 2008 Aug 22