Fransanın Gürcüstandakı səfiri Erik Fruniye bir neçə saat Qori şəhərinin yaxınlığında yoxlama buraxılış postunda saxlanıldı
Gürcüstan Servisi/Aran Agentliyi
Rusiya qüvvələri Fransanın Gürcüstandakı səfirini bir neçə saat Qori şəhərinin yaxınlığındakı yoxlama buraxılış postunda saxlayıblar.
Frans Pressin verdiyi məlumata görə, Fransa Xarici İşlər Nazirliyi sözçüsünün müavini Fredrik Janyo deyib: Fransanın Gürcüstandakı səfiri Erik Fruniye bir neçə saat Qori şəhərinin yaxınlığında yoxlama buraxılış postunda saxlanıldı. Ancaq hazırda o Fransanın Tbilisidəki səfirliyindədir.
Rus qüvvələri Qori-Tbilisi yolunda mərkəzləşiblər. Ancaq bu şəhərə daxil olmaq hələki qeyri-mümkündür.